patriotnews.az
http://patriotnews.az

Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub

14-03-2025, 15:00 Baxılıb: 0

Mixeil Saakaşvili ilə bağlı elan olunacaq hökmün tarixi məlum olub
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Saakaşvili iştirak etməyib.
Sabiq prezidentin məhkəmədə iştirak etməməsinə səbəb səhhəti ilə bağlı olduğu bildirilsə də, vəkilləri bu barədə heç bir rəsmi arayış təqdim etməyib. Məhkəmə onun son söz demək istəmədiyi qənaətinə gələrək müşavirəyə gedib. Hökm martın 17-də elan olunacaq.
İş üzrə çoxsaylı sübutlar, videomateriallar və ekspert rəyləri araşdırılıb, şahidlər dindirilib. Prokuror Levan Vepxvadze bildirib ki, bütün dəlillər Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçdiyini sübut edir və gözləntilər onun bu ittiham üzrə tam şəkildə təqsirli bilinəcəyi yönündədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930