patriotnews.az
http://patriotnews.az

Azərbaycan Mətbuat Şurası - 22 il

15-03-2025, 11:28 Baxılıb: 2

Azərbaycan Mətbuat Şurası - 22 il
Mətbuat Şurasının yaranmasından 22 il ötür. 2003-cü ilin bu günündə ölkə jurnalistlərinin I qurultayında təsis edilmiş Şura ötən müddətdə missiya və səlahiyyətlərinə uyğun olaraq, Azərbaycanda media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində aktiv fəaliyyət göstərib. Qurum qabaqcıl xarici təcrübənin öyrənilib tətbiqində yaxından iştirak edib, müxtəlif qanunvericilik təşəbbüslərinin irəli sürülməsinə əməli dəstəyini göstərib.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvü olan Mətbuat Şurası həm mövcud platformalarda ölkəmizi təmsil edib, həm də digər müstəvilərdə beynəlxalq əməkdaşlığa üstünlük verərək nüfuz, inam və etimad qazanıb.
Mətbuat Şurasının İdarə Heyətində ölkəmizin tanınmış media və ictimaiyyət nümayəndələri təmsil olunub və olunmaqdadırlar. Onlar bu gün də Şuranın işində aktiv rol oynayır, media peşəkarlığının qorunması istiqamətində yorulmaz fəaliyyət göstərir, milli mətbuatımızın şanlı ənələrinə sadiqlik ruhunu aşılayırlar.
Mətbuat Şurasının yaranmasına və inkişafına, medianın özünütənzimləmə modeli kimi Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmasına, beynəlxalq media cameəsində populyarlaşmasına əmək sərf edənlərin hər birinə Şuranın 22 illiyi münasibəti ilə təbriklərimizi çatdırır, onlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930