patriotnews.az
http://patriotnews.az

Samuxda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

15-03-2025, 11:00 Baxılıb: 37

 

Patriot News.az xəbər verir ki, Martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7.000 manat dəyərində qızıl-zinət əşyalarını və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar. Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.    

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930