patriotnews.az
http://patriotnews.az

Goranboy rayon İcra Hakimiyyətində yeni seçilmiş bələdiyyə sədrləri ilə görüş keçirildi

15-03-2025, 12:00 Baxılıb: 1

 

Patriot News . az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  29 yanvar 2025-ci il tarixdə keçirilmiş seçkilərdə uğur qazanaraq, yeni seçilmiş bələdiyyə sədrləri ilə görüş keçirdi, onları təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı.

Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə qurumları ilə əlaqəli işin qurulmasının, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, həyata keçirildiyini bildirən İcra Başçısı, bu məqsədlə, bələdiyyələr və digər təşkilatlarla birlikdə rayonunun sosial-iqtisadi vəziyyətinin təhlili,  inkişaf meyillərinin müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və əhalinin yerli sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işlərinin  təşkilinin daim diqqətdə saxlanılmasının önəmli olduğunu bildirdi. İcra Başçısı, mövcud qanunvericiliyin və günün tələblərinə uyğun olaraq, vaxtı ilə rayon ərazisində fəaliyyət göstərən 47 bələdiyyənin birləşdirilərək, cəmi 17 bələdiyyə üzrə fəaliyyətinin müəyyən edilməsini, ərazinin operativ idarə edilməsində, əhalinin sosial qayğılarının öyrənilməsində və həllində müsbət əhəmiyyət kəsb etdiyini vurğuladı. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930