patriotnews.az
http://patriotnews.az

AYNA: Avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq

17-03-2025, 14:59 Baxılıb: 0

AYNA: Avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq

Azərbaycanda avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq.

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

O qeyd edib ki, mobilliyin transformasiyası çərçivəsində Azərbaycanda ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən texnika ilə təminatı ətraf mühitin qorunması gündəliyinə uyğun aparılır: “Əvvəlcə paytaxtın ictimai nəqliyyat sektorunu əhatə edən parkın yenilənmə prosesi bölgələrdə də həyata keçiriləcək. Ölkəyə gətirilən yeni avtobuslar elektrikli və ya digər ekoloji təmiz enerji mənbəyi - sıxılmış qazla (CNG) çalışan mühərriklərlə təchiz olunub. 2030-cu ilə qədər müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq. Bu ilin payızında Sumqayıtda istehsalına başlanılacaq elektrikli avtobuslar parkın yenilənməsini və onların bütün ölkə ərazisində geniş şəkildə istismara buraxılması prosesini daha da sürətləndirəcək. Təbii ki, paralel olaraq, bu tip avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı da artırılacaq. Bu məqsədlə müvafiq cihazlar yalnız avtobus depolarında deyil, nəqliyyat mübadilə mərkəzlərində də quraşdırılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930