patriotnews.az
http://patriotnews.az

Ərdoğanın Laçında qarşılanma mərasimi olub - YENİLƏNİB

28-05-2025, 11:45 Baxılıb: 2

Ərdoğanın Laçında qarşılanma mərasimi olub - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında qarşılama mərasimi olub.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

11:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib.

Bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.

09:53
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Azərbaycanın Laçın şəhərinə yola düşüb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031