patriotnews.az
http://patriotnews.az

“Bu, seçim yox, zərurətdir” - Ərdoğan

28-05-2025, 16:46 Baxılıb: 1

“Bu, seçim yox, zərurətdir” - Ərdoğan

“Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır”.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə ifadə edib.

Türkiyə Prezidenti bildirib ki, üç ölkənin Xarici İşlər nazirliklərinə Ankara, Bakı və İslamabad arasında gələcək əməkdaşlıq üçün struktur bazanın formalaşdırılması istiqamətində addımlar atmaq tapşırılıb.

“Ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, enerji, hərbi-sənaye kompleksi və terrorizmlə mübarizə sahələrində birgə dialoq gündəliyinə dair çərçivələr hazırlanacaq”, -deyə Ərdoğan vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirib.

“Bundan başqa, nazirlər səviyyəsində görüşlər də planlaşdırılır”, –deyə o qeyd edib. Türkiyə lideri nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri adlandırıb, həmçinin Ankara, Bakı və İslamabad arasında dialoqun üç ölkənin xalqlarına fayda verəcəyinə əminliyini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031