patriotnews.az
http://patriotnews.az

Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin

11-06-2025, 15:45 Baxılıb: 3

Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin

Yay aylarında uşaqlarda qida allergiyasına daha çox rast gəlinir.

Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamilova deyib.

Onun sözlərinə görə, qida allergiyasına çiyələk, şaftalı kimi meyvələr, dondurma və s. qidalar səbəb olur:

"Bunlarla yanaşı, valideynlər allergiyası olan uşaqları hovuza apararkən diqqətli olmalıdır. Hovuzda xlorun miqdarının çoxluğundan alergiyalar özünü brüzə verə bilər".

Həkim onu da vurğulayıb ki, əgər ailədə valideynlərdən birində allergik anamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30 faiz, valideynlərdən ikisində də allergik anamnez varsa, uşağa keçmə ehtimalı 50-60 faizdir:

“Valideyn özündə allergik xəstəlik varsa, övladlarında da allergik reaksiyalardan klinik bir əlamət görərsə, mütləq həkimə müraciət etməlidir. Belə olduğu halda allergik müayinələrdən keçmək lazımdır. Uşaqlarda daha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıq dövründə özünü allergik səpkilər və ya ishal, qəbzlik, köp şəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30