patriotnews.az
http://patriotnews.az

KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq

11-12-2024, 17:35 Baxılıb: 1

KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir.

Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

"Donald Tramp yanvarın 20-də vəzifəyə başladığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamağı planlaşdırır. Məqsəd miqrasiya, energetika, təhsil və digər sahələrdə dövlət siyasətini köklü şəkildə dəyişdirməkdir", - materialda qeyd olunub.

Bildirilib ki, Meksika ilə sərhəddə divarın tikintisinin bərpası, cənub sərhədinə əlavə hərbçilərin göndərilməsi və s. planlaşdırılır.

Bundan əlavə, Trampın seçkiqabağı vədlərinə uyğun olaraq neft və qaz hasilatının artırılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031