patriotnews.az
http://patriotnews.az

Dəməşqdə komendant saatı ləğv edildi

11-12-2024, 18:25 Baxılıb: 3

Dəməşqdə komendant saatı ləğv edildi
Suriyada hakimiyyətə gələn müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini açıqlayıb.
Bununla bağlı Hərbi Əməliyyatlar İdarəsinin teleqram kanalı bəyanat yayıb.
“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, - məlumatda bildirilib.
“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, - İdarənin bəyanatında deyilir.
Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Daha sonra şəhərdə komendant saatı tətbiq olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031