"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO
Şəhərimizin gözəl və sevilən məkanlarından biri olan Bakı Bulvarında yerləşən "Atelier61" restoranında Fondun və “Antec Academy”nin birgə təşkilatçılığı ilə həmin tələbələr üçün təlim keçirildi.
İştirakçılarda savadlı düşüncə, strateji yanaşma və davamlı inkişaf vərdişləri yaratmağa istiqamətlənən və 5 saata yaxın davam edən təlim boyunca aktual mövzular müzakirə olundu, maraqlı yarışmalar keçirildi.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Güvən" Təhsilin İnkişafına Dəstək Fondunun məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan və ali məktəblərə yüksək balla qəbul olunan istedadlı tələbələrin müəyyənləşdirilməsi, onların təhsil imkanlarının genişləndirilməsi və şəxsi inkişafına dəstək verməkdir.
Həmçinin il ərzində akademik baxımdan fərqlənən bir tələbənin Fondun hesabına xaricdə istirahətə göndərilməsi nəzərdə tutulur. Bu, tələbələr arasında sağlam rəqabəti təşviq edən, onların milli-mənəvi dəyərlərə sadiq, cəmiyyətə faydalı mütəxəssis kimi yetişdirilməsinə xidmət edən mühüm təşəbbüsdür.
https://www.guven.az domeini ilə fəaliyyət göstərən saytda Fond və onun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat əldə etmək mümkündür.