patriotnews.az
http://patriotnews.az

Goranboyda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı, “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı konfrans keçirildi .

5-12-2024, 16:34 Baxılıb: 2

 

Patriot News.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı, Mərkəzi Xəstəxananın akt zalında “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı konfrans keçirildi.

Konfransda ilk öncə, müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. Çıxışçılar, Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açaraq, hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini  Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmasından, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından danışdılar. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031