patriotnews.az
http://patriotnews.az

Gəncədə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

21-02-2025, 12:30 Baxılıb: 20

Gəncədə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Patriot News.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Dövlət  Aqrar Kollecin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir gerçəkləşib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli və kollecin tələbələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.     







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031