patriotnews.az
http://patriotnews.az

“Tənəffüs yolu infeksiyaları zamanı rasional antibiotikoterapiya” mövzusunda seminar təşkil edilib

21-02-2025, 14:27 Baxılıb: 19

 

Gəncə Birləşmiş Xəstəxananın tabeliyində olan Abbas Səhhət adına xəstəxanada “Tənəffüs yolu infeksiyaları zamanı rasional antibiotikoterapiya” mövzusunda seminar təşkil edilib. Patriot News.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkimləri ilə yanaşı ətraf rayonlardan olan mütəxəssislər də iştirak edib.

Seminarda antibiotiklərin rasional istifadəsi və rezistentliyin qarşısının alınması dünya miqyasında, infeksion xəstəliklərin müalicəsində effektivliyi artırmaq və antibiotiklərə davamlılığın yayılmasını məhdudlaşdırmaq üçün qlobal səhiyyə strategiyalarının əsas prioritetlərindən biri olduğu diqqətə çatdırılıb. 

 Tədbirin keçirilməsinin əsas məqsədi antibiotiklərin effektiv, təhlükəsiz və elmi əsaslarla istifadəsini təşviq edərək, tənəffüs yolu infeksiyalarının düzgün müalicəsini təmin etməkdir.

Azərbaycanın müxtəlif regionlarında təşkil edilən seminarlarda məruzəçi qismində Səhiyyə Nazirliyinin həkim-eksperti, Bakı Sağlamlıq Mərkəzinin daxili xəstəliklər uzmanı Zakir Quliyev çıxış edir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2022-ci tarixli 3378 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.5.3-cü (tibb müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlimlərin keçirilməsi) bəndinə uyğun olaraq tibb müəssisələrində çalışan həkimlər üçün “Tənəffüs yolu infeksiyaları zamanı rasional antibiotikoterapiya”  mövzusunda seminar təşkil edilir. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031