patriotnews.az
http://patriotnews.az

Goranboy rayonunda "Sağlam həyat tərzini seçək!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

21-02-2025, 15:50 Baxılıb: 28

 

Patriot News.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy rayon İcra Hakimiyyəti, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Dəyirmanlar kənd tam orta məktəbdə "Sağlam həyat tərzini seçək!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə çıxış edən natiqlər narkotik vasitələrin cəmiyyətimiz üçün yaratmış olduğu təhlükələrdən bəhs edərək, onların zərərləri barədə gənclərə geniş məlumat vermişlər. 

 Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi və gəncləri maraqlandıran suallar cavablandırıldı.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031