patriotnews.az
http://patriotnews.az

Tokayev Azərbaycan Prezidentinə zəng edib

24-12-2024, 11:44 Baxılıb: 0

Tokayev Azərbaycan Prezidentinə zəng edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətinə toxunulub, bu il Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin möhkəmlənməsi işində rolu xüsusi vurğulanıb.

Qazaxıstan Prezidenti COP29-un ölkəmizdə uğurla keçirilməsi ilə bağlı bir daha təbriklərini çatdırıb, bu tədbirin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü ifadə edərək, Qazaxıstanın dövlət başçısına COP29-da fəal iştirakı ilə bağlı bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri, yeni təmaslar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444