patriotnews.az
http://patriotnews.az

Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb

29-01-2025, 14:57 Baxılıb: 0

Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb

Türkiyədə xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 28 nəfər saxlanılıb.

Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentində çıxışı zamanı bildirib.

"Vətəndaşlarımızın bu çətin günlərdə tək olmadıqlarını hiss etmələri üçün lazım olan hər şeyi etdik və edirik. Faciəni hərtərəfli araşdırmaq və günahkarları məhkəmə qarşısında cavab vermələri üçün lazımi araşdırmaların başlanmasını təmin etdik. Birinci mərhələdə doqquz nəfər saxlanılıb. İfadələr verildikdən sonra saxlanılanların sayı 28-ə çatıb. Onlardan hotel sahibi və işlər müdiri də daxil olmaqla 19 nəfər həbs edilib. Yeddi nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib", - o qeyd edib.

Ərdoğanın sözlərinə görə, hotelin rəhbərliyi risklərə hazır olmayıb, yanğın risklərini nəzərə almayıb və əvvəlcədən hazırlaşmayıb.

Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı oteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930