patriotnews.az
http://patriotnews.az

"Həkimlərimizi tanıyaq" rubrikamızın növbəti qonagını təqdim edirik

10-04-2025, 14:07 Baxılıb: 47

 

 “Həkimlərimizi tanıyaq” rubrikasının növbəti qonağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Radiologiya şöbəsinin şüa-diaqnostika üzrə həkimi Nailə
Səfərova. Nailə Nizami qızı Səfərova 1986-cı ildə Gəncə şəhərində anadan olub. 2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2008-2009-cu illərdə Bakı şəhər M. Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında şüa-diaqnostika üzrə internatura kursu keçib.
 
Nailə Əliyeva 2012-ci ildə Gəncə şəhər 4 saylı Poliklinikada şüa diaqnostika şöbəsində, 2014-2017-ci illərdə Naftalan şəhərində, 2020-ci ildə Gəncə şəhərindəki özəl xəstəxanaların birində ultrasəs müayinə həkimi vəzifəsində çalışıb. Bir müddət Samux və Göygöl Rayon Mərkəzi Xəstəxanalarında çalışan Nailə Səfərova 2024-cü ildən fəaliyyətini Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Radiologiya şöbəsində şüa-diaqnostika üzrə həkim kimi davam etdirir.    

@ Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30