Kəpəz Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi-terapevt Nailə Pənahova haqqında məlumatları təqdim edirik
“Həkimlərimizi tanıyaq” rubrikasımızdan bu dəfə sizlərə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Kəpəz Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi-terapevt Nailə Pənahova haqqında məlumatları təqdim edirik.
Pənahova Nailə Cəlil qızı 29 avqust 1967-ci ildə Ağstafa şəhərində anadan olub. O, 1984-1990-cı illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1991-ci ildən Abbas Səhhət adına xəstəxananın Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi fəaliyyətə başlayıb. Nailə Pənahova 2021-ci ildən Kəpəz ASM-də ailə həkimi-terapevt olaraq çalışır.
@ Patriot News.az