patriotnews.az
http://patriotnews.az

Papuaşvili: Gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək AŞPA-da təmsil olunmayacağıq

10-04-2025, 13:23 Baxılıb: 0

Papuaşvili: Gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək AŞPA-da təmsil olunmayacağıq

Gürcüstan parlamenti gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti ilə təmsil olunmayacaq.

Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, AŞPA-nın qəbul etdiyi son qətnamədəki yanaşmanı “sovet üslubunda” bir addım və digər xalqların suverenliyinə hörmətsizlik adlandırıb.

"AŞPA bu addımı ilə öz prinsip və dəyərlərinə xəyanət edib. Böyük narahatlıqla müşahidə edirik ki, bir çox beynəlxalq platformalarda sovet üslubunu xatırladan davranışlar artır. Bu, xüsusilə, postsovet məkanından olan nümayəndələrə aiddir. Onlar bu cür təsir dairəsinə daha çox düşür və bəziləri indi Avropa İttifaqı bayrağı altında fəaliyyət göstərir”, - Ş.Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan AŞPA-nın qəbul etdiyi qətnamədə gürcü xalqının suveren seçiminə hörmətsizlik gördü:

"Ona görə də nümayəndə heyətimiz assambleyanı tərk etdi. Gürcü xalqının kimin hakimiyyətdə olacağına özü qərar vermək hüququ var. Əgər bu hüquqa hörmət göstərilmirsə, biz orada iştirak etməyəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30