patriotnews.az
http://patriotnews.az

İsraillə “Hizbullah” arasında atəşkəs qüvvəyə mindi

27-11-2024, 09:57 Baxılıb: 0

İsraillə “Hizbullah” arasında atəşkəs qüvvəyə mindi

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. 

Bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb. 

Razılaşmanın yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə mindiyi bildirilib. 

Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq. 

Xatırladaq ki, dünən axşam İsrailin hərbi-siyasi kabinetinin Baş nazir Benyamin Netanyahu tərəfindən təşkil edilən “Hizbullah”la atəşkəs planını təsdiq etdiyi məlum olub. ABŞ Prezidenti Co Bayden razılığın Vaşinqtonun təşəbbüsü ilə əldə olunduğunu açıqlayıb. 

Onu da bildirək ki, İsrail cari ilin sentyabrın sonunda Livanda “Hizbullah”ın infrastrukturunun məhv edilməsi ilə bağlı hərbi əməliyyata başlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930