"1 mart Ümumdünya Mülki Müdafiə Günü"nün nümunəvi keçirilməsi üçün metodiki toplanış təşkil olunmuşdur
20 Fevral 2025-ci il tarixində, FHN Gəncə Regional Mərkəzdə "1 mart Ümumdünya Mülki Müdafiə Günü"nün nümunəvi keçirilməsi üçün metodiki toplanış təşkil olunmuşdur.
Patriot News.az xəbər verir ki, toplantıda, FHN Gəncə Regional Mərkəzin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov iştirakçıları salamladıqdan sonra, "1 mart Ümumdünya Mülki müdafiə günü" haqqında geniş məlumat vermişdir.Bildirilmişdir ki, bu ilki tədbir "Mülki Müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda keçiriləcək.Rəis müavini mövzu ətrafında geniş məlumat və tövsiyyələrni vermişdir.Polkovnik-leytenant Bəhayi Nəsirov və mayor Fuad Muradov tədbirin keçirilmə ardıcıllığını, nəzəri və praktiki keçirilməsinin vacibliyini vurğulayaraq, ətraflı tövsiyyələrini çatdırmışlar. Regionun İcra Hakimiyyətlərinin, idarə və təşkilatların Mülki Müdafiə Qərargah rəisləri, keçirilmə planları haqqında geniş və əhatəli məlumat vermişdirlər.Sonda, suallar cavablandırılmışdır.