Şəmkirdə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
Patriot News.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 27 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Qeyd edək ki, ilin əvvəlindən rayon ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ümumilikdə 49 ədəd odlu silah aşkarlanıb.