patriotnews.az
http://patriotnews.az

Şəmkir polis şöbəsinin əməkdaşları kibercinayətkarlığa qarşı Şəmkirdə tədbirlər keçirib

12-02-2025, 11:47 Baxılıb: 39

 

Şəmkir Polis şöbəsinin əməkdaşları profilaktik tədbirlər həyata keçiriblər Patriot News.az xəbər verir ki, Şəmkir polis şöbəsinin əməkdaşları kibercinayətkarlığa qarşı Şəmkirdə tədbirlər keçirib
Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşlarımızın zərər görməməsi üçün polis əməkdaşları tərəfindən Şəmkirdə profilaktik tədbir keçirilib. Kibermaarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə keçirilən tədbir zamanı sakinlərlə bu mövzuda maarifləndirici söhbətlər aparılıb. Onlara internet resursları üzərindən dələduzluq və oğurluq  əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə məlumatlar verilib. İzah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar. Vətəndaşlara bu kimi xoşagəlməz hallarla üzləşdikləri təqdirdə diqqətli olmaları və polisə məlumat vermələri tövsiyə olunub. Daha sonra bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də digər ictimai iaşə obyektlərində məlumatverici lövhələr quraşdırılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30