patriotnews.az
http://patriotnews.az

Türkiyənin ilk astronavtı: "Kosmik liman layihəsi üzərində iş gedir"

Bu gün, 18:18 Baxılıb: 0

Türkiyənin ilk astronavtı: "Kosmik liman layihəsi üzərində iş gedir"

Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir.

Bunu Bakıda səfərdə olan Türkiyənin ilk astronavtı Alper Gezeravcı bildirib.

"Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük yol qət edilib. Hazırda 8 kosmik liman var ki, bunun da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkan olsa belə, peyk hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır. Təbii ki, işə fərqli müdaxilələr olmazsa", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930