patriotnews.az
http://patriotnews.az

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək

Bu gün, 10:49 Baxılıb: 0

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək.

Bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirədə deyib.

“Azərbaycan bu il Xankəndidə İƏT Zirvə Görüşünün 17-ci iclasını təşkil edəcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq”, - o qeyd edib.

Qeyd edək ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930