"İstanbul zəlzələsinə sürətlə hazırlaşmalıyıq" - İmamoğlu
Bu barədə Türkiyə mətbuatı yazıb.
O, bu çətin gündə xalqın yanında ola bilmədiyi üçün kədərləndiyini bildirib: "Ən böyük kədərim odur ki, İstanbulda həyatlarını fəlakət mərkəzli planlaşdırmaya həsr etmiş və bu məqsədlə mübarizə aparan idarəçilər və şəhərsalmaçılar olaraq bu çətin gündə sizinlə olmamaqdır...
İstanbul zəlzələsi ilə mübarizə bizim bütün qurumlarımızı əhatə edən böyük bir yaşam mübarizəsidir. Zəlzələ məsələsi seçkilərdə qalib gəlməkdən və ya kreslo hərisliyindən qat-qat böyük məsələdir. Ona görə də bizim təcili olaraq birliyə, həmrəyliyə, sağlam düşüncəyə ehtiyacımız var.
Zəlzələlərə qarşı mübarizədə hökumətlə birgə işləmək üçün müxtəlif təkliflər vermişik.
İstanbulu Kanal İstanbul və bu kimi xain layihələrdən uzaq tutaraq dövlətimizin və millətimizin problem olan İstanbul zəlzələsinə və onun nəticələrinə sürətlə hazırlaşmalıyıq".