patriotnews.az
http://patriotnews.az

Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır

24-04-2025, 18:41 Baxılıb: 0

Bu agentlik 295 minlik yeni xidməti maşınlar alır

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.

8 ədəd sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.

Məlumata əsasən, sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, 5 ədədinin rənginin qara, 3-nün isə ağ olması əsas şərtlərdəndir.

Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.

Qeyd edək ki, dövlət agentliyinə avtomobilləri təhvil verəcək şirkət - “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Ülvi Bəhruz oğludur.(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30