Rusiya Kiyevi bombaladı: 9 ölü, 63 yaralı - FOTOLAR
Ukrayna Xilasetmə Xidməti bildirib ki, gecə baş verən hücum zamanı 9 nəfər ölüb.
Zərbələr nəticəsində 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.
Xilasedicilər yaşayış binalarının dağıntıları altında olan insanların axtarışlarını davam etdirdiklərini bildirirlər.
Fövqəladə Hallar Dövlət Xidmətinin yazdığına görə, qarajlarda, eləcə də bəzi inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib.