Papanın keçmiş peşəsi və sərvəti hər kəsi təəccübləndirdi
Əsl adı Xorxe Mario Berqoglio olan Papa Fransisk 2013-cü ildə Roma Katolik Kilsəsində vəzifəyə başlamazdan əvvəl barlarda mühafizəçi işləyib. İtaliya əsilli argentinalı ailənin oğlu olan Papa Fransisk kimya təhsili alıb.
17 yaşında kilsəyə girən və günahlarından təmizlənən Papa Fransisk ailəsinin etirazına baxmayaraq keşiş olmağa qərar verib. 2013-cü ildə Roma Katolik Kilsəsində xidmətə başlayıb.
Keçmiş peşəsi hər kəsi təəccübləndirsə də, başqa bir maraqlı mövzu Papanın geridə qoyduğu sərvət olub. Böyük şəxsi sərvəti olmayan Papa Fransisk geridə cəmi 100 dollar qoyub.
Maaşı olmayan Papa Fransisk bütün yaşayış xərclərini Vatikandan qarşılayırdı. Papa Fransiskin ölümü zamanı şəxsi sərvəti 100 dollar civarında qiymətləndirilib. Papanın fərdi sərvəti aşağı olsa da, Vatikanın sərvəti kifayət qədər yüksəkdir. "TIME" jurnalına görə, bəzi maliyyə ekspertləri Vatikanın sərvətini 10-15 milyard dollar arasında qiymətləndirirlər.