patriotnews.az
http://patriotnews.az

"20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş gənclərin iştirakı ilə "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı tədbir keçirilib

17-01-2025, 15:43 Baxılıb: 34

 

17 yanvar 2025-ci il tariixində Gəncə-Daşkəsən RGİi, Gəncə GE SXM-i və "Gəncə Maarif Evi" İB-n birgə təşkilatçılığı ilə  "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş gənclərin iştirakı ilə "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı tədbir keçirilib.

Patriot News.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, AR Dövlət Himni səslənib

Sonra Gəncə-Daşkəsən RGİİ-n sektor müddiri R.Əlizadə, Gəncə Maarif Evi"nin rəhbəri İ.Vəliyev, Ombudsmanın Qərrb Regional Mərkəzinin rəhbəri S.Abbasov və GDU-n "Ümumi Tarix" kafedrasının müəllimi B.Məhərrəmovun çıxışları dinlənilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hərbi cinayət insanların milli azadlıq əzmini qırmağı qarşısına məqsəd qoysa da, Azərbaycan xalqı bu haqsızlığa və cinayətə qarşı daha da mətinləşdi, mübarizədə geri çəkilmədi.

O dövrdə dünyada baş verən proseslərə ötəri nəzər salan məruzəçilər qeyd edib ki, keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı qərəzli mövqe sərgiləyərək işğalçı Ermənistanın əsassız ərazi iddialarına şərait yaradırdı. Lakin Azərbaycan xalqı qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxaraq öz hüquqlarını əzmlə müdafiə edirdi. Ona görə də Qara Yanvar ağır bir faciə olduğu kimi xalqın qəhrəmanlıq salnaməsidir.

Tədbir diskussiya  xarakterli davam edib.

Tədbirdə "20 yanvar: Danışan talelər" filmi gənclər tərəfindən izlənilib.   

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444