HəkimlərimiziTanıyaq Rubrikasının qonağı – Həkim-travmatoloq Mirqalim Seyidov
Peşəsinə illərini həsr edən, minlərlə insanın sağlamlığına qovuşmasında əməyi olan bir həkimi sizə təqdim edirik.
Seyidov Mirqalim Zakir oğlu – 5 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub.
1976–1983-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
İlk həkimlik fəaliyyətinə Göygöl rayonunda başlayıb, Şəmkir və Gəncədə müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildən Gəncə şəhər Zədələnmə məntəqəsinin müdiri olub.
2020-ci ildən etibarən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsində həkim-travmatoloq kimi fəaliyyətini davam etdirir.
Təcrübə, peşəkarlıq və vicdan – Dr. Mirqalim Seyidovun uğur formuludur.