patriotnews.az
http://patriotnews.az

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

Dünən, 17:45 Baxılıb: 1

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalanda yerləşən Heydər Əliyev Mərkəzində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” bütün regionlarda yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı maarifləndirmə tədbirlərini, bölgələrdə yerli sakinlərlə görüşləri davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031