patriotnews.az
http://patriotnews.az

Gəncə şəhərində III MDB İdman Oyunları ərəfəsində abadlıq və yenidənqurma işləri aparılır

30-04-2025, 22:03 Baxılıb: 117

 

Bu il ölkəmiz III MDB İdman Oyunlarına ev sahibliyi edəcək. Oyunların əsas hissəsi Gəncə şəhərində keçiriləcəyi üçün hazırda şəhərdə genişmiqyaslı abadlıq və yenidənqurma işləri görülür.

Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncədə təmir-tikinti işlərinə start verilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə aparılan işlərlə yerində tanış olub.

İcra başçısına verilən məlumata görə, Atatürk prospektində, Gəncəçay Park-Bulvar Kompleksində, Fikrət Əmirov adına parkda, Nizami kinoteatrının qarşısında yerləşən və "Nizami Parkı" kimi tanınan ərazidə, eləcə də digər mərkəzi hissələrdə əsaslı abadlıq işləri həyata keçirilir.

Yenilənmə prosesi çərçivəsində çoxmənzilli və fərdi yaşayış evlərinin fasadları müasir görkəmə salınır, dam örtükləri yenilənir. Park və istirahət məkanlarında əsaslı təmir işləri görülür. Bununla yanaşı, yol infrastrukturu da yenilənərək yeni asfalt örtükləri ilə təmin olunur.

Niyazi Bayramov yerində baxış keçirdikdən sonra görülən işlərin daha yüksək keyfiyyətlə və vaxtında tamamlanması üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

Qeyd edək ki, III MDB İdman Oyunları Gəncənin beynəlxalq idman və mədəniyyət mərkəzi kimi inkişafında mühüm rol oynayacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30