Fərid Qayıbov Göygöl Olimpiya İdman Kompleksində və Gəncə Stadionunun Tikinti Sahəsində Olub
30 aprel 2025-ci il tarixində gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində olub. Nazir kompleksdə aparılan təmir-bərpa işlərinin cari vəziyyəti ilə yerində tanış olub, görülən işlərin keyfiyyəti və gedişatı barədə ətraflı məlumat alıb.
Səfər çərçivəsində Fərid Qayıbov Gəncə şəhər stadionunun tikinti sahəsinə də baş çəkib. Burada layihənin icra vəziyyəti, texniki göstəricilər və planlaşdırılan işlərin icra qrafiki ilə bağlı müzakirələr aparılıb.
Nazir görülən işlərin keyfiyyətli və vaxtında tamamlanmasının vacibliyini vurğulayıb, bu istiqamətdə aidiyyəti qurumlara konkret tapşırıqlar verib.