patriotnews.az
http://patriotnews.az

"Real"ın yeni baş məşqçisinin komandaya gətirmək istədiyi futbolçular bəlli olub

30-04-2025, 17:37 Baxılıb: 0

"Real"ın yeni baş məşqçisinin komandaya gətirmək istədiyi futbolçular bəlli olub

İspaniyanın "Real" klubunun potensial yeni baş məşqçisi Xabi Alonsonun komandaya gətirmək istədiyi futbolçular bəlli olub.

Bu barədə AS nəşri məlumat yayıb.

43 yaşlı mütəxəssis hazırda işlədiyi Almaniya təmsilçisi "Bayer 04"dən müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Florian Virtslə müqavilə imzalamaqda israrlıdır. O, "Real Sosyedad"da çıxış edən Martin Subimendinin də transferində maraqlıdır.

Qeyd edək ki, "Real"ın mövsümün sonunda Karlo Ançelotti ilə vidalaşacağı və onu Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30