Naxçıvan sahibkarları 4 ayda 2 milyon manata yaxın güzəştli kredit alıblar
Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov "Sahibkarlar günü"nə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 3,8 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.
"Builki kredit ayrılmış layihələr üzrə 63 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir əvəzi əlavə edib.
O, həmçinin deyib ki, 3 ayda maliyyə dəstəyi verilmiş layihələrin 12 %-i Naxçıvan şəhərinin, 88 %-i isə digər şəhər və rayonların payına düşüb.
"Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə bu il 25 milyon manata qədər maliyyələşdirilmə hədəflənib", - deyə nazir əvəzi əlvaə edib.
Hazırda SİF 8 bankla müvəkkil kredit təşklilatı qismində əməkdaşlıq edir. Bunlardan 2-si əməkdaşlığa 2025-ci ildə cəlb edilib.