patriotnews.az
http://patriotnews.az

Gəncə Qarabağ qaziləri Kəpəz bələdiyyəsinin apardığı işləri yüksək qiymətləndirirlər

28-02-2025, 09:00 Baxılıb: 0

 

Patriot News . az xəbər verir ki,  Gəncə Qarabağ qaziləri Birliyinin sədri Eyvaz Hüseynov və idarə heyətinin üzvləri Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayevlə görüşüblər.  
Görüş zamanı Gəncə Qarabağ qaziləri Birliyinin sədri Eyvaz Hüseynov qazilərimiz adından Yaşar Abdullayevi növbəti dəfə Kəpəz Bələdiyyəsinə sədr seçilməsi münasibətilə   təbrik etdi.       O, Kəpəz Bələdiyyəsinin qazilərimizə  göstərdiyi diqqət və qayğıya görə bələdiyyənin sədri Yaşar Abdullayevə və onun kollektivinə dərin minnətdarlığını bildirdi.       Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev də, öz növbəsində qazilərimizin cəmiyyətdə apardığı işlərdən danışdı və onu yüksək qiymətləndirdi. O qeyd etdi ki, Kəpəz bələdiyyəsi  bundan sonrada apardıqları işlərdə, şəhid ailələrinə, qazilərimizə, veteranlara və aztəminatlı ailələrə qarşı diqqətli olacaqlar. Sonda qazilərimiz tərəfindən hazırlanmış tort kəsildi və  kollektiv xatirə şəkli çəkdirildi.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30