patriotnews.az
http://patriotnews.az

YAP Gəncə təşkilatında bələdiyyə seçkilərində iştirak edən namizədlərə vəsiqələr təqdim olundu

30-12-2024, 11:00 Baxılıb: 91

 

Gəncədə YAP Gəncə şəhər təşkilatının inzibati binasında Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gəncə şəhəri, Kəpəz və Nizami rayon Bələdiyyələri üzrə namizədlər ilə görüş keçirilmişdir.

Görüşdə YAP Gəncə təşkilatının sədri Bayram Aslanov, namizədliyini irəli sürən partiya nümayəndələrinə,  namizədlik vəsiqələrini təqdim etmişdir.

Aparılan təşviqat kampaniyası ilə bağlı  geniş fikir mübadiləsi aparılmışdır..Sonda B.Aslanov  qarşıdan gələn Bələdiyyə seçkilərində YAP-nın bütün namizədlərinə uğurlar arzu edərək, onları qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə  YAP Gəncə şəhər təşkilatının əməkdaşları adından təbrik etmişdir. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031