"31 dekabr - Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü" adlı dəyirmi masa keçirilmişdir
Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyinin Gəncə filialında 31dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi" günü qeyd olunmuşdur. 30 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Qarabağ qaziləri Birliyinin Gəncə filialının ofisində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "31 dekabr - Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşdə Azərbaycan Respublikası Qarabağ qaziləri Gəncə filialının sədri Eyvaz Hüseynov, Gəncə qaziləri filialının sədr müavini Ceyhun Əliyev, şəhid anası Briliant Əsgərova, şəhid atası Miryunis Seyidzadə , xalq artisti , Prezident təqaüdçüsü Şahnaz Haşımova , 13 saylı körpələr evi uşaq baxçasının müdiri Türkiyə -Almaniya- Azərbaycan dostluq cəmiyyətinin sədri Pərvanə İmamquliyeva respublikanın əməkdar artisti Eldar Abdullayev , "Gəncə Maarif" evi ictimai Birliyinin rəhbəri İmamverdi Vəliyev , Beynəlxalq xəstəxananın baş həkimi Tural Əfəndiyev iştirak edirdilər . Tədbiri giriş sözü ilə Gəncə Qaradağ Qazilər filialının sədri Eyvaz Hüseynov açaraq, qonaqları salamlayaraq 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranmasının tarixi haqqında ətraflı məlumat verdi. Daha sonra çıxış edənlər qədim və zəngin tarixə malik olan, Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən bu əlamətdar günün yaranması tarixindən və onun əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, o cümlədən ölkəmizin son illər ərzində Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurlarından söz açdılar. Sonda qazilərimizin təşkil etdiyi tədbirlərdə fəal iştirakına və filialla səmərəli əməkdaşlığına görə bir sıra ictimai fəallara “Təşəkkürnamə” təqdim olundu.
Tədbirin sonunda xatirə şəkli çəkildi.