patriotnews.az
http://patriotnews.az

Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə istilik sistemində ciddi problemlər var. Bu məktəbdə 4 aydır istilik yoxdur - ŞİKAYƏT

4-02-2025, 15:00 Baxılıb: 0

 

Samux Rayon Tatlı kənd ümumi orta məktəbində 4 aydır istilik sistemi işləmir.

Patriot News.az Gencexeber.az-a istinadən xəbər verir ki,  bu barədə valideynlər tərəfindən şikayət daxil olub.

Valideynlər bildirirlər ki, noyabr ayından məktəbdə istilik yoxdur:

“Hər dəfə şikayətə gedəndə 2-3 gün istilik verilir, sonra yenidən kəsilir. Müəllimlər də, uşaqlar da sinif otaqlarının soyuq olması səbəbindən məktəbə getmək istəmirlər. Körpə uşaqlar buz kimi otaqlarda otururlar, xəstələnirlər, nəticə olaraq da davamiyyətləri aşağı düşür. Şikayət etməkdən də bezmişik. Xahiş edirik ki, məktəbin istilik sistemi təmin edilsin”.

Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

Humay İsgəndərli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30