patriotnews.az
http://patriotnews.az

TƏBİB və TİKA-nın təşkilatçılığı ilə həkim-oftalmoloqlar üçün təlimlər təşkil edilib

4-02-2025, 16:17 Baxılıb: 57

 

Patriot News.az xəbər verir ki , Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən həkim-oftalmoloqlar üçün təlimlər təşkil edilib.
 
Təlimlərin məqsədi həkim-oftalmoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bu sahədə müasir yanaşmaların öyrənilməsi və tibb işçilərinin gələcək fəaliyyətlərində beynəlxalq təcrübədən faydalanmalarından ibarətdir.
 
Gəncədə təşkil edilən təlimdə Türkiyənin Gəncədəki Baş konsolu Recep Öztop çıxış edərək bü cür təlimlərin uğurlu nəticələri barədə məlumat verib.
 
Daha sonra çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov  tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətindən bəhs edib.
 
Təlimin elmi hissəsində Türkiyənin “Urartu Göz Tıp Merkezi”nin həkim-oftalmoloqu, Prof. Dr. Muhammed Batur, “Yüzüncü Yıl Üniversitesi Tıp Fakültesi”nin təlim koordinatoru Dr. Veys Yıldız və “Sağlık Bilimleri Üniversitesi Van Eğitim ve Araştırma Hastanesi”nin həkim-cərrah-oftalmoloqu Dr. Rumeysa Bilez Tan tərəfindən göz travmaları zamanı müayinə, müalicə, fəsadların aradan qaldırılması və profilaktikası haqqında ətraflı məlumatlar verilib.
 
Qeyd edək ki, təlimlər Mərkəzi Neftçilər Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasında da  keçirilib. 5 gün davam edən təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30