Gəncədə yaşlı kişini it dişliyib
Natavan qəsəbəsində yaşayan 68 yaşlı Kərəm Səfərov küçə itlərinin hücumuna məruz qalıb.
Patriot News.az xəbər verir ki, K.Səfərov bədəninin bir çox nahiyyəsindən və başından xəsarət alaraq təcili olaraq xəstəxanaya aparılıb
Gəncə Şəhər Birləşmiş xəstəxanasından redaksiyamıza verilən məlumata əsasən, xəstəyə lazımi tibbi yardım göstərilib və K.Səfərovun vəziyyəti stabil qiymətləndirilərək evə buraxılıb.