patriotnews.az
http://patriotnews.az

Göygöl rayonunda “PeşədəSən” adlı forum keçirilib

21-02-2025, 10:00 Baxılıb: 24

 

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Peşə Məktəbi və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan Forum Dövlət Himni ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları izlənilib.

Forumda Göygöl Rayon İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə spiker qismində iştirak edərək, moderatorun və tələbə gənclərin suallarını cavablandırıblar. 
Tədbirin rəsmi hissəsi bədii sonluq və xatirə şəklinin çəkilməsi ilə başa çatıb. 
İştirakçılar çay fasiləsindən sonra panel təlimlərə qoşulublar.      

@ Patriot News az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031