patriotnews.az
http://patriotnews.az

Azərbaycan millisinin baş məşqçisi: "Rəqiblərimiz arasında təcrübəli komandalar var"

Bu gün, 17:23 Baxılıb: 6

Azərbaycan millisinin baş məşqçisi: "Rəqiblərimiz arasında təcrübəli komandalar var"

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı rəqibləri arasında təcrübəli komandalarda da var.

Bu barədə yığmanın baş məşqçisi Fərid Cəlalov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, turnirə hazırlıqlarının davam etdiyini söyləyib:

"Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq. Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031