patriotnews.az
http://patriotnews.az

Göygöl rayon rəhbərliyi “Şirin Aqro” QSC-nin fəaliyyəti ilə tanış olub

Bu gün, 19:10 Baxılıb: 62

 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov rayonun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC-nin fəaliyyəti ilə tanış olublar.

Səfər zamanı 220 hektar ərazidə salınmış intensiv meyvə bağına baxış keçirilib. QSC-nin rəhbərliyi tərəfindən verilən məlumata əsasən, ərazidə 190 hektar şaftalı, 20 hektar gilas və 10 hektar ərik bağları salınıb. Eyni zamanda, müəssisədə illik 1,5 milyon ədəd plastik yeşik, 40 min ədəd beton dirək və 72 000 kvadrat metr hasar toru istehsal olunur.

Qeyd olunub ki, müəssisə ilkin mərhələdə yerli bazardan meyvə tədarükü həyata keçirərək məhsulları xarici bazarlara ixrac edib. 2020–2021-ci illərdə isə fəaliyyətini genişləndirmək məqsədilə Göygöl, Qusar və Zəngilan rayonlarında yeni intensiv meyvə bağları salınıb. Hazırda müəssisənin illik 8 min ton meyvə istehsalı gücünə malik olması və burada 250 nəfər mövsümi, 28 nəfər daimi işçinin çalışması diqqətə çatdırılıb.

Bundan əlavə, “Şirin Aqro” QSC-yə məxsus 5 hektarlıq torpaq sahəsində 20 000 kvadrat metrlik ərazidə “Göygöl Logistika Mərkəzi”nin inşasına başlanılıb. Meyvələrin çeşidlənməsi, saxlanması və qablaşdırılması üçün nəzərdə tutulan bu mərkəzin 2025-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Mərkəzdə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031