patriotnews.az
http://patriotnews.az

Peskov: "1 000-in 1 000-ə" formatında mübadilə üçün siyahı Kiyevə təqdim edilib

Bu gün, 18:26 Baxılıb: 6

Peskov: "1 000-in 1 000-ə" formatında mübadilə üçün siyahı Kiyevə təqdim edilib

Kreml Rusiya tərəfinin “1 000-in 1 000-ə" formulu üzrə mübadiləsi aparılacaq şəxslərin siyahısını Kiyevə təqdim etdiyini təsdiqləyib və buna cavab olaraq Ukraynadan siyahı gözlədiklərini bildirib.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında deyib.

"Biz həqiqətən də öz siyahımızı təqdim etdik. Kiyevdən siyahını hələ almamışıq. Gözləyirik", - o bildirib.

Peskov mayın 22-də brifinqində demişdi ki, Ukrayna ilə "1 000-in 1 000-ə" formatında əsir mübadiləsinə hazırlıq vaxt tələb edir, lakin hamı bu prosesi maksimum dərəcədə operativ şəkildə başa çatdırmaqda maraqlıdır.

Rusiyadan mübadilə üçün şəxslərin siyahısının alınması barədə Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi müşavirədə məlumat vermişdi. Onun sözlərinə görə, mübadiləyə Ukraynanın müdafiə naziri Rüstəm Umerov nəzarət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031