patriotnews.az
http://patriotnews.az

Kaxaber Abdaladze daha bir müəssisəni ziyarət edib

21-02-2025, 17:26 Baxılıb: 0

 

Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə birgə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olub.

Patriot News.az xəbər verir ki, Kaxaber Abdaladze müəssisənin rəhbərliyi ilə görüşüb, zavodun fəaliyyəti ilə yerində tanış olub. Rəsmi qonağa məlumat verilib ki, 20 ildir Gəncə Avtomobil Zavodu özünün uğurlu fəaliyyəti ilə ona bəslənən etimad və ümidi layiqincə doğruldur. Bu illər ərzində zavod bir sıra xarici ölkələrlə sıx əməkdaşlıq edir. Səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini hər il artırır. Bununla yanaşı, Birliyin fəaliyyəti ölkəmizdə aparılan tikinti-quruculuq işlərində, o cümlədən kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində, eyni zamanda respublikamızın ixracatında da önəmli rol oynayır.

Görüşdən sonra qonaqlar müəssisəyə baxış keçiriblər. Həmçinin, “Gəncə Avtomobil Zavodu” İB-nin uşaq bağçasını da ziyarət ediblər.

Görüşün sonunda rəsmilər zavodun fəaliyyətinə uğurlar arzulayıblar.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031