patriotnews.az
http://patriotnews.az

Daha bir tanınmış bədii gimnastımız karyerasını başa VURDU

15-12-2024, 17:00 Baxılıb: 29

Daha bir tanınmış bədii gimnastımız karyerasını başa VURDU

Azərbaycanın daha bir tanınmış bədii gimnastı Zeynəb Hümmətova karyerasını başa vurduğunu açıqlayıb.

O, bu gün Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşacaq.

Ötən gün Avropa üçüncüsü, IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı olan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova da karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən 25 yaşlı Z.Hümmətova dünya çempionatının bürünc, Avropa çempionatının qızıl, gümüş və yeddiqat bürünc mükafatçısıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30