patriotnews.az
http://patriotnews.az

Azərbaycan Monteneqroya başsağlığı verdi

2-01-2025, 17:30 Baxılıb: 41


Azərbaycan Monteneqroya başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.


Bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.

Qeyd edək ki, Monteneqronun Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətl törədilib. Ölkədə 3 günlük matəm elan edilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930